Xocavənddə xeyli sayda silah-sursat aşkar edilib

2022/05/62887-1653112434.jpg
Oxunub: 371     09:53     21 May 2022    
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindin Bərdə regional qrupundan Ordu.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkar edilib.

Tapılan 8 avtomat, 5 qumbarataatan, 3 pulemyot, 1632 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocavənd   Silah-sursat  


Bizi "telegram"da izləyin