Sloveniya ordusu 45 ədəd “Boxer” zirehli maşınları alacaq

2022/05/Slove-1653042262.jpg
Oxunub: 408     11:49     21 May 2022    
Sloveniya ordusu 45 ədəd Almaniyanın “Krauss-Maffei Wegmann” (KMW) və “Rheinmetall” şirkətləri tərəfindən istehsal edilən “Boxer” zirehli maşınları alacaq.

Ordu.az xəbər verir ki, maşınların tədarükü Avropa satınalma təşkilatı OCCAR tərəfindən həyata keçiriləcək.

4 müxtəlif konfiqurasiyada olan maşınların ümumi dəyərinin 281,5 milyon avro olduğu bildirilir.

“Boxer” avtomobillərinin çatdırılmasına 2024-cü ildə başlanması və 2026-cı ildə başa çatdırılması planlaşdırılır.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sloveniya   Boxer  


Bizi "telegram"da izləyin