Ordu.az xəbər verir ki, bu barədə “The Australian” nəşri yazıb.
Ukraynada münaqişə başlayandan Avstraliya Ukrayna prezidenti Zelenskinin hərbi yardım tələbinə cavab verən ilk ölkələrdən biri olub. Avstraliya artıq Ukraynaya tank əleyhinə silahlar, döyüş sursatları, yedəkdə daşınan artilleriya qurğuları göndərib.
Avstraliya hökuməti Ukrayna Silahlı Qüvvələrinə lazımi qabiliyyəti operativ şəkildə təmin edə bildiyi təqdirdə gələcək hərbi yardım imkanlarını müəyyən etməyə davam edəcək. İtaliya, Hollandiya, Portuqaliya və ABŞ da Ukraynaya M113 tipli zirehli maşınlar göndərməyi planlaşdırırlar.
Sevinc Əliyeva
Ordu.az