Ermənistanda mitinqlərdə iştirak edən şəxslərin siyası MN-ə göndərilir

2022/05/sdfds-1653040686.jpg
Oxunub: 464     12:42     21 May 2022    
“Bir çox siyasətçilərin övladları naməlum səbəblərdən ölkə qarşısında öhdəliklərini yerinə yetirmədən Ermənistanı tərk ediblər”.

Ordu.az xəbər verir ki, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan deyib.

Onun sözlərinə görə, polis müxalifət aksiyalarında iştirak edən kişilərin siyahısını artıq çoxdan Ermənistan Müdafiə Nazirliyinə ötürmüş olmalı idi.

“Söhbət Ermənistan Silahlı Qüvvələrinin təlim toplanışlarına cəlb oluna biləcək şəxslərdən gedir”, - deyə Köçəryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin