“Hraparak”: Paşinyanın verdiyi “geri çəkilmə” əmri bağışlanandır, digərlərininki yox?

2022/05/image-1653034408.jpg
Oxunub: 570     22:40     23 May 2022    
Bu yaxınlarda Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Həmin məlumata əsasən, Ermənistan Hərbi Prokurorluğunun nəzarəti altında ölkənin İstintaq komitəsində açılmış cinayət işi üzrə əldə edilmiş sübutlarla əsaslandırılıb ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin tank taborunun qərargah rəisi A.Q. 2020-ci il noyabrın 10-da atəşkəs barədə bəyanatın qəbul edilməsindən sonra döyüş növbətçiliyi yerinə yetirərək Çaylaqqala kəndindəki döyüş mövqelərinin təhlükəsizliyini təmin etməklə bağlı əmr alıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, məlumatda qeyd olunur ki, tank taborunun qərargah rəisi 2020-ci il dekabrın 13-də baş verən hərbi əməliyyatlar zamanı birbaşa rəisinin əmrini yerinə yetirməyib.

“Bildirilir ki, döyüş zamanı A.Q. tabeliyində olan şəxsi heyətə geri çəkilmə əmri verib və özbaşına şəkildə döyüş meydanını tərk edib. Yuxarıda göstərilən əməlləri törətdiyinə görə A.Q-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 356-cı maddəsinin 3-cü hissəsi, 380-ci maddəsinin 1-ci hissəsi, 376-cı maddəsinin 3-cü hissəsi ilə ittiham irəli sürülüb. O günlərdə ölkənin ali baş komandanı hesab edilən Baş nazir Nikol Paşinyanın çıxışlarını, özünü etiraf edən bəyanatlarını izləsəniz, ilk baxışdan normal görünən bu cinayət işinin əslində anormal və absurd olduğunu görərsiniz. Nikol Paşinyan sözün əsl mənasında ölkənin bir nömrəli siyasi tribunasından qoşunlarımızın çıxarılması və ya geri çəkilməsi üçün əmr verdiyini rəsmən elan edib. Yəni prokurorluq Nikol Paşinyanın “göz yaşı tökən” bəhanələri ilə kifayətlənib ki, əgər o qərar verilməsəydi, orada hərbi əməliyyatlar başlayacaqdı və Zəngəzurda bizim üçün həqiqətən də problemlər yaranacaqdı”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin