Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, Paşinyan inanılmaz qisasçı məxluq kimi Zəngəzur sakinlərinin üsyanını heç vaxt bağışlamayacaq və onları “cəzalandıracaq”.
“Hakimiyyətin xırdalığının ən bariz sübutlarından biri budur ki, Paşinyan müharibədə məğlub olandan həftələr sonra Zəngəzura gedəndə, lakin Qarakilsədən o tərəfə keçə bilməyəndə İrəvana qayıdıb, Zəngəzur əhalisini qorxutmaq üçün onlarla yol polisi göndərməyi əmr edib. Təkzibedilməz məlumatlara görə, Zəngəzur bölgəsində azərbaycanlılar və türklər üçüncü ölkə vətəndaşları və təşkilatları adından torpaqlar alırlar. Bölgənin iqtisadi potensialı tamamilə tükənib, üç aparıcı sahə olan turizm, kənd təsərrüfatı və mədən sənayesi tənəzzül vəziyyətindədir. Turizmin həcmi xeyli azalıb, kənd təsərrüfatı torpaqlarının 80%-ə yaxını bilavasitə rəqibin nişangahı altın düşüb, mədən nəhəngi olan Zəngəzur Mis-Molibden Kombinatı ətrafında dövlət maxinasiyası göz qabağındadır. Hökumət zavodunun ortaq sahibi olmaq Paşinyan hakimiyyətinin ən böyük korrupsiya sxemlərindən biridir və bununla bağlı ciddi araşdırmaya ehtiyac var”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az