Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Qeyd olunub ki, Ermənistan parlamentində hakim fraksiyanın mikrofonu hesab edilən deputat Vahaqn Aleksanyana tabe olan bu internet saytı iki gün əvvəl şok edici açıqlama verib.
“Sayt yazıb ki, qızı türklə evli olan, nəvələri türk olan, türk soyadı daşıyan general Valeri Köçəryan da “Türksüz Ermənistan” şüarı ilə mitinq və yürüşlərdə iştirak edir. Sayt yazır ki, Valeri Köçəryan yalnız müharibədən sonra Ermənistan Silahlı Qüvvələrində xidmətini dayandırıb və mütəmadi olaraq qızının ailəsinə baş çəkir. Məqalə müəllifinin məntiqi silsiləsi belədir. Valeri Köçəryanın qızı türklə ailə həyatı qurub, nəvələri türkdür və o, türk kürəkənini də ziyarət etdiyi, Ermənistan Silahlı Qüvvələrində xidmət etdiyi üçün 44 günlük müharibə də daxil olmaqla Türkiyəyə xidmət göstərib. Valeri Köçəryan müxalifətin mitinqlərində iştirak etdiyi üçün müharibədəki məğlubiyyətə görə hakimiyyət yox, müxalifət məsuliyyət daşıyır. Vahaqn Aleksanyan və onun siyasi komandasının məntiqi fikir zəncirinin növbəti halqası ondan ibarətdir ki, əgər Valeri Köçəryan Türkiyəyə xidmət edibsə və indi müxalifətin mitinq və yürüşlərində iştirak edirsə, o zaman müxalifətin iqtidarla yox, Türkiyə ilə bağlı olduğu ortaya çıxır. Nəhayət öz sıralarında qızı türkə ərə gedən, nəvələri türk olan biri varsa, müxalifətin necə “Türksüz Ermənistan” şüarı ola bilər? Müxalifətin mitinqləri və hakimiyyəti itirmək qorxusu mövcud rejimi liberalizm və demokratiya pərdəsi altında ört-basdır etməyə çalışdığı əsl mahiyyətini açmağa vadar edir. Bu qorxu hökuməti irqçilik və faşizmin davamçısı olduğunu açıqlamağa məcbur edir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az