Ordu.az xəbər verir ki, məlumatı Boris Consonun mətbuat xidməti yayıb.
“Liderlər danışıqlar prosesindəki inkişafı müzakirə etdilər və Ukrayna üçün uzunmüddətli təhlükəsizlik arxitekturasının müəyyənləşdirilməsi məqsədi ilə ABŞ, Fransa və Almaniya da daxil olmaqla müttəfiqlərlə işin sürətləndirilməsinə razılaşdılar”, - Boris Consonun mətbuat xidmətinin rəhbəri bildirib.
Söhbət zamanı Ukraynanın işğalının və dəniz limanlarını bloklamasının inkişaf etməkdə olan ölkələrdə ərzaq qiymətlərinin artması ilə nəticələnməsindən narahatlıq ifadə olunub.
Ordu.az