Stoltenberq: “Aİ-nin müdafiə səyləri NATO ilə rəqabət aparmamalıdır”

2022/04/sdf44-1648999738.jpg
Oxunub: 334     18:22     19 May 2022    
Avropa İttifaqı (Aİ) müdafiə sahəsində səylərini artırarsa, bu, NATO-nu gücləndirəcək.

Ordu.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Kopenhagendə Danimarka Baş nazir Mette Fredriksenlə keçirdiyi mətbuat konfransında deyib.

“Yaxşı haldır ki, Aİ müdafiə sahəsində daha çox əməkdaşlıq edir. Aİ tərəfindən çox açıq şəkildə NATO ilə müdafiə sahəsində əməkdaşlıq bəyan olunub. Aİ-nin müdafiə səyləri NATO ilə rəqabət aparmamalı, əksinə onu tamamlamalıdır. Aİ-nin müdafiə səyləri düzgün şəkildə aparılarsa, bu, NATO-ya kömək edəcək”, - Stoltenberq qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stoltenberq    


Bizi "telegram"da izləyin