“Türkiyə mühüm NATO ölkəsidir və onun xüsusi təhlükəsizlik problemləri var” - Stoltenberq

2022/04/8b202-1650398329.jpg
Oxunub: 494     17:55     19 May 2022    
“Türkiyə ilə dialoq aparırıq”.

Ordu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Danimarkada Baş nazir Mette Fredriksenlə keçirdiyi mətbuat konfransında deyib.

“Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı qərarlar tez qəbul edilməlidir. NATO-da fikir ayrılıqları var və bu yeni deyil, problemlər həll olunacaq. Türkiyə ilə dialoq aparırıq. Türkiyənin ifadə etdiyi narahatlıqları müzakirə edirik.

Biz etiraf etməliyik ki, Türkiyə mühüm NATO ölkəsidir və onun xüsusi təhlükəsizlik problemləri var. Ona görə də biz oturub həll yolu tapmağa çalışırıq”, - Baş katib bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO  


Bizi "telegram"da izləyin