TDT-nin Baş katibi: “Azərbaycanın 44 günlük müharibədə qələbəsi bütün türk dünyasının qələbəsidir”

2021/10/4553-1633252353.jpg
Oxunub: 357     16:06     19 May 2022    
“Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi bütün türk dünyasının qələbəsidir”.

Ordu.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib.

Amreyev Şuşanın mədəni əhəmiyyətini xüsusilə vurğulayaraq, şəhərin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçildiyini xatırladıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şuşa   TDT  


Bizi "telegram"da izləyin