Ordu.az xəbər verir ki, silahların alınması üçün Belçika və Fransa müdafiə nazirlikləri arasında müqavilə imzalanıb.
155 mm-lik yeni nəsil “Sezar NG” ÖAQ-larının alınması üçün imzalanan müqavilənin dəyəri 62 milyon avrodur.
“Sezar NG” Fransanın “Nexter” şirkəti tərəfindən istehsal edilən “Sezar” ÖAQ-larının təkmilləşdirilmiş versiyasıdır.
6x6 təkər formullu şassi üzərinə quraşdırılan ÖAQ standart döyüş sursatı ilə maksimum 40 km atəş məsafəsinə malikdir. “Sezar NG”nin dizaynı əvvəlki versiyalarla eyni konfiqurasiyada olsa da, müdafiə və hərəkətlilik baxımından yeni təkmilləşdirmələrə malikdir.
Sevinc Əliyeva
Ordu.az