Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri yazıb.
Nəşrin məlumatına əsasən, tank əleyhinə silahlar Ukrayna tərəfindən sifariş edilib və pulu ödənilib, DM22 və DM31 tank əleyhinə minalar isə Almaniya ordusunun ehtiyatlarından göndəriləcək.
Almaniya Ukraynaya 1000 tank əleyhinə silah, 500 ədəd “Stinger” raketi, təxminən 2700 köhnə DDR SA-7 “Strela” hava hücumundan müdafiə raket sistemi və sursat göndərdiyini açıqlayıb.
Martın 30-da Almaniya Ukraynaya 2650 tank əleyhinə silah, 3000 gecəgörmə cihazı, minlərlə zirehli gödəkçə və dəbilqə, radar sistemləri, 18 kəşfiyyat PUA-sı və zirehli texnika çatdırıldığını elan edib.
Almaniyanın “Gepard” adlı 35 mm özüyeriyən zenit sistemlərinin Ukraynaya çatdırılmasını təsdiqlədiyi və 2022-ci ilin mayında 7 ədəd PzH 2000 artilleriya qurğuları tədarük edəcəyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az