Ukrayna ordusu Rusiyanın müasir PUA-sını məhv edib – FOTO

2022/05/19336-1652954780.jpg
Oxunub: 650     14:45     19 May 2022    
Ukrayna ordusu Rusiyaya məxsus ZALA 421-08 Pilotsuz Uçuş Aparatını (PUA) məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hava Desant Qoşunlarının “Telegram” kanalında məlumat yayılıb.

PUA 80-ci hava desant briqadasının hava hücumundan müdafiə bölməsinin əsgərləri tərəfindən vurulub.

Sistemin “Strela-10” zenit-raket kompleksinin ekipajı tərəfindən məhv edildiyi bildirilir.

PUA müşahidə, dəqiq artilleriya atəşini təmin etmək üçün hədəfi təyin etmək, atəşin tənzimlənməsi üçün nəzərdə tutulub.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin