ABŞ ordusu əlavə THAAD raket əleyhinə müdafiə sistemləri sifariş verib

2022/01/JIK5E-1643009222.jpg
Oxunub: 350     14:30     19 May 2022    
ABŞ-ın Raketdən Müdafiə Agentliyi “Lockheed Martin” şirkətindən THAAD (Terminal High Altitude Area Defense - Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi) Raket Əleyhinə Müdafiə (RƏM) sifariş verib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin rəsmisi məlumat verib.

Şirkət 74,1 milyon dollarlıq müqavilə çərçivəsində THAAD və komanda sistemini təmin edəcək.

ABŞ ordusu tərəfindən indiyədək 7 batareya bu sistemdən sifariş edilib və ilk batareya 2008-ci ildə qəbul edilib. Son sifarişlə ABŞ 8-ci THAAD sistemini əldə olunacaq.

THAAD qısa və orta mənzilli ballistik RƏM sistemidir, həm atmosfer daxilində, həm də xaricində ballistik raketləri ələ keçirə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   THAAD  


Bizi "telegram"da izləyin