Ordu.az xəbər verir ki, bunu erməni politoloq Edvard Antinyan deyib.
Onun sözlərinə görə, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2016-cı ildə Serj Sarkisyanı devirməyə cəhd edib.
“Mən Serj Sarkisyana şəxsi əlaqə məlumatlarını, Seyran Ohanyan və başqalarının 2016-cı ildə Serj Sarkisyanı devirməyə necə cəhd etdiyini xatırlada bilərəm. Serj Sarkisyanın beyni quruyub, amma xatırladım ki, 2016-cı ildə Serj Sarkisyan devrilməli və kabinetindən həbs olunmalı idi”, - deyə Antinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az