ABŞ və Rusiya münaqişənin nizamlanmasını və ya həllini istəmir? – BAXIŞ BUCAĞI

2019/12/ICG-1575617066.jpg
Oxunub: 456     14:11     19 May 2022    
Belə bir fikir var ki, Rusiyanın Qarabağ məsələsinin həllinə ehtiyacı yoxdur, çünki münaqişəli vəziyyət ona həm Ermənistana, həm də Azərbaycana təsir etmək, Cənubi Qafqazda güclü iştirak etmək imkanını təmin edir. Ən azı son onilliyin həlledici hadisələri zamanı Rusiyanın vəzifəsi münaqişələrin idarə olunmasında “açar”ı saxlamaqdır. Moskva bununla bağlı iki variantı nəzərdən keçirir: ya ABŞ-la razılığa gəlmək, Cənubi Qafqazda öz rolunu möhkəmləndirmək, ya da işə yaramayanda (hələ ki, işə yaramır) ABŞ qarşısında öz mövqeyini qoruyub saxlamaq.

Birləşmiş Ştatlar ən azı Ki Uestə qədər buna can atırdı. Moskva Ki Uesti uğursuzluğa düçar edəndə, ABŞ nəhayət etiraf etdi ki, Moskva müdaxilə potensialına malikdir. Birləşmiş Ştatlar bu potensialı daha da zəiflətmək üçün strategiya qəbul edib.

Vaşinqton prezident Medvedyev vəzifədə olarkən öz yanaşmasına yenidən baxmağın əlamətlərini ortaya qoydu. O ümid edirdi ki, Putini tamamilə kənarlaşdırmaq və ABŞ-Rusiya münasibətlərinin Yeltsin dövrünün məntiqini bərpa etmək mümkün olacaq. Bu kontekstdə də ABŞ Kazan prosesinə loyal yanaşırdı, lakin Medvedevin öz mövqeyini qoruyub saxlaya bilməyəcəyi artıq bəlli olanda rəvan inkişaf baş verdi, proses uğursuzluğa düçar oldu və Putin 2011-ci ildə qayıtdı. Habelə ABŞ üçün münaqişənin mövcudluğu mümkündür, çünki bu, öz növbəsində Rusiya, Türkiyə, Azərbaycan və İrana təzyiq vasitəsidir. Statusla bağlı bəyanatlar və sair bunun tərkib hissəsidir, yəni təzyiq siyasətidir.

Bu vəziyyətdə Ermənistanın bir məqsədi var - vaxt udmaq üçün maksimum potensialı “toplamaq”. İki əsas ölkə, ABŞ və Rusiya münaqişənin nizamlanmasını və ya həllini istəmir. Onların vəzifəsi məsələnin “kod”unu idarə etməkdir. Hər iki tərəfdə həm qaçılmaz ehtiyaclar, həm də faydalı başlanğıc nöqtələri olsa da, risklər mövcuddur. Obrazlı desək, üzgüçülük üçün dəniz sahəsi var, lakin o, eyni ərazidə üzən minalarla da doludur. Və təbii ki, sahilə çıxıb gözləməyin yolu yoxdur. Və bu, Ermənistan üçün kifayət qədər pessimist, ümidsiz bir mühit yaradır.

Dəyanət Ağalarlı  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin