Erməni politoloq: “40 müdafiə naziri, 50 baş qərargah rəisi və 60 MTX direktoru dəyişdikdə…”

2022/05/image-1652870047.jpg
Oxunub: 389     15:58     19 May 2022    
“Hərbi əməliyyatlar zamanı Paşinyan müraciət etməli olduğu maddə ilə müraciət etməyib və cavabını alıb. O, lazımi maddə ilə deyil, şərti desək, məlumat xarakterli məsləhət maddəsi ilə müraciət edib”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan deyib.

Onun sözlərinə görə, Paşinyan hərbi əməliyyatlar zamanı KTMT-yə kömək maddəsi ilə müraciət etməmişdi.

“Ötəngünkü iclas zamanı Paşinyanın müharibə zamanı KTMT-nin düzgün cavab verməməsi ilə bağlı narazılığı, məncə, piar məqsədləri güdürdü. Çünki sirr deyil ki, o, struktur olaraq KTMT-yə qarşı daima piar siyasəti aparır. Onun rus silahları ilə bağlı məşhur ifadəsini də unutmayaq. Demişdi ki, “İsgəndər” sisteminin raketi 10 faiz partlayıb. Ona elə gəlir ki, bu piar siyasətinə çox ehtiyatlı yanaşır. Lakin mütəxəssislər dərhal başa düşürlər ki, bu, sırf onun piarıdır. Bilirsiniz, başqasını ittiham etməzdən əvvəl, ölkənin təhlükəsizlik sistemində qayda-qanun yaratmalı, sonra başqasını günahlandırmalısan. Ölkədə üç il ərzində 40 müdafiə naziri, 50 baş qərargah rəisi və 60 MTX direktoru dəyişdikdə, bu təhlükəsizlik sisteminə əhəmiyyətli təsir göstərir. KTMT-ni tənqid etmək sadəcə piar işidir, başqa bir şey deyil”, - deyə Badalyan qeyd edib.

Erməni politoloq vurğulayıb ki, KTMT bir struktur kimi dekorativ xarakter daşıya bilər, bundan artığı ola bilməz.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   KTMT  


Bizi "telegram"da izləyin