“Hraparak”: Azərbaycanın öz ərazilərini bərpa etdiyini əsaslandırması məntiqlidir

2021/10/image-1633775889.jpg
Oxunub: 551     15:45     19 May 2022    
KTMT-ni gözdən salmaq üçün ilk cəhd 2018-ci ildə, general Xaçaturovun geri çağırıldığı vaxt baş verib. Yeri gəlmişkən, bu günə qədər onun heç bir günahı sübuta yetirilməyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Paşinyan bir tərəfdən Ermənistanın tərkibində Azərbaycana aid olan ərazilərin olduğunu bəyan edəndə, digər tərəfdən KTMT-nin 30 illiyi tədbirləri çərçivəsində faktiki olaraq Azərbaycanın Ermənistana qarşı hərəkətlərində KTMT-ni ittiham edəndə hər bir sıravi Ermənistan vətəndaşında sual yaranır.

“1) Ermənistan hakimiyyətinin Azərbaycanın hərəkətlərini təcavüz kimi qiymətləndirdiyini eşidən varmı? 2) Bununla bağlı Ermənistan rəsmi olaraq KTMT-yə yardım xahişi ilə müraciət edibmi? 3) Təbii olaraq əgər Ermənistan hakimiyyəti bizim nəzarətimizdə Azərbaycan ərazilərinin olduğunu deyirsə, o zaman Azərbaycanın öz ərazilərini bərpa etdiyini əsaslandırması məntiqlidir və bu halda KTMT-nin hansı mövzuya müdaxilə edəcəyi ilə bağlı təbii sual yaranacaq. Özün öz ərazini müdafiə etməkdən və Silahlı Qüvvələri saxlamaqdan imtina edirsənsə, niyə başqası sənin əvəzinə döyüşməlidir? 4) Nəhayət, Paşinyanın mesajı hansı auditoriyaya ünvanlanıb? Ermənistanın, Rusiyanın, yoxsa Qərbin daxili auditoriyasına?”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Rusiya  


Bizi "telegram"da izləyin