Ukraynanın bərpasında Rusiyanın dondurulmuş aktivlərindən istifadə oluna bilər

2022/03/1646218100.jpg
Oxunub: 432     11:35     18 May 2022    
Britaniya və G7 dövlətləri Rusiyanın aktivlərinin Ukraynanın müharibədən sonra yenidən bərpasını maliyyələşdirmək üçün necə istifadə oluna biləcəyini araşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Liz Trass "Times" radiosuna deyib.

"Ukraynanın bərpası üçün bizim yeni Marşall Planına ehtiyacımız var və əslində elə biz bu məsələni G7-dəki həmkarlarımla keçirdiyim görüşdə müzakirə etdik. Ukraynanın bərpasında Rusiya aktivlərindən istifadə etmək üçün nə edə biləcəyimizi nəzərdən keçiririk. Əlbəttə, Rusiyanın Ukraynanın bərpasına töhvə verməsini təmin etmək üçün çalışacağıq", - Britaniyanın xarici işlər naziri vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin