Ordu.az xəbər verir ki, Konqresin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin alt komitəsində keçirilən açıq dinləmədə ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat üzrə direktor müavini Skot Breydən Amerika hərbi texnikasının UNO-larla toqquşması hallarının olub-olmaması soruşulub.
“Bizim heç bir toqquşmamız olmayıb. Ancaq bunun az qala baş verdiyi ən azı on bir hadisə var idi”-deyə, Pentaqon rəsmisi bildirib.
Brey bildirib ki, bu hallarda naməlum obyektlərdən toqquşma təhlükəsi barədə xəbərdarlıq siqnalı daxil olmayıb. O, ABŞ ordusunun UNO-larla əlaqə saxlamağa cəhd etmədiyini vurğulayıb.
Ordu.az