ABŞ Dövlət Departamenti: Türkiyə Finlandiya və İsveçə NATO dəstəyi müqabilində heç nə istəməyib

2021/07/4bxy5-1627542954.jpg
Oxunub: 295     05:22     18 May 2022    
“Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmaq təkliflərini dəstəkləmək müqabilində heç bir konkret tələb irəli sürməyib”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

“Əlbəttə, Türkiyə heç bir konkret təklif və ya tələb irəli sürməyib”, - deyə Prays bildirib.

O, həmçinin bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken çərşənbə günü türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə BMT platformasında iki ölkənin alyansa daxil olması ilə bağlı fikir ayrılıqları fonunda danışıqlar aparacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə  


Bizi "telegram"da izləyin