İran Tacikistanda PUA istehsal edəcək.
Ordu.az xəbər verir ki, İran istehsalı olan "Əbabil 2" PUA-larının istehsal müəssisəsinin Düşənbə şəhərində açılışında İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi Məhəmməd Baqiri və Tacikistanın müdafiə naziri, general-polkovnik Şirəli Mirzo iştirak edib.
"Əbabil 2" 100-150 kilometr məsafədə əməliyyat həyata keçirə bilir.
PUA saatda 250 kilometr sürətlə, 75-120 dəqiqə davamlı uçuş həyata keçirə bilər. Platforma hərbi sursat daşıya bilir.
Ordu.az