“7or.am”: Ermənistanda siyasi və konstitusiya böhranı yaşanır

2022/05/Armen-1652783394.jpg
Oxunub: 249     10:42     18 May 2022    
Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi görmək bəyanatı təkcə siyasi böhranı dərinləşdirməyib, həm də digər növ böhranlar yaradıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “7or.am” nəşri yazıb.

Qeyd olunub ki, Ermənistanda müqavimət hərəkatı təxminən üç həftədir fasiləsiz olaraq hökumət əleyhinə nümayişlər, etiraz aksiyaları və mitinqlər təşkil edir.

“Fransa meydanı hökumət əleyhinə mərkəzə çevrilib. Mübarizəyə çıxan kütlə kifayət qədər istəkli, həddən artıq həvəsli, Paşinyan hökumətinə qarşı radikal meyllidir. Müxtəlif rəy sorğuları və müşahidələr cəmiyyətimizin təxminən 70%-nin qəti şəkildə Paşinyana qarşı olduğunu göstərir. Onun fəal tərəfdarları 15%-i keçmir. Nikola qarşı olan kütlənin çoxu evdən Müqavimət hərəkatına qoşulur. Bunun niyə baş verməsi başqa söhbət mövzusudur. Məsələ burasındadır ki, Müqavimət hərəkatının tərkib hissəsi olan iki müxalifət qrupu daha parlamentə getmir, çünki indiki mərhələdə orada heç bir iş yoxdur. Bu, parlamenti tamamilə qeyri-legitim edir, çünki parlament idarəetməsi olan ölkədə artıq parlamentin bir nömrəli sədri yoxdur. Həmin stul Fransa meydanına köçürülüb. Bu konstitusiya böhranından çıxış yolu siyasi dəyişikliklərdir. Yeri gəlmişkən, prokurorluq Nikol Paşinyanı zərərçəkənin valideynlərinin şikayəti əsasında həbs etməklə bu böhranı həll edə biləcək strukturlardan biridir. Bu, siyasi və konstitusiya böhranından çıxmağın yollarından biridir. Ən yaxşısı isə geniş ictimai səfərbərlik və küçə mübarizəsinin güclənməsidir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin