KTN: "Qafqaz regionunda su ehtiyatlarına görə, Azərbaycan ən kritik durumdadır"

2020/10/771fe-1602167792.jpg
Oxunub: 373     11:35     17 May 2022    
"Əgər 2010-cu ildəki daşqınları nəzərə almasaq bu tarixdən etibarən Azərbaycanda şirin su ehtiyatları azalmağa başlayıb".

Ordu.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firudin Tağıyev deyib.

F.Tağıyevin sözlərinə görə, Qafqaz regionunda su ehtiyatlarına görə, Azərbaycan ən kritik durumdadır:

"Su ehtiyatlarının azalması özünü kənd təsərrüfatı sektorunda da göstərməkdədir. Belə bir təzadlı məqam da yaranıb. Şirin su ehtiyatlarının azalmasına baxmayaraq kənd təsərrüfatı sektoru inkişaf edir. Nazirlik olaraq bizim məqsədimiz ərzaq təhlükəsizliyinin təmin edilməsi olduğu üçün, əhalinin qida ehtiyaclarına uyğun olaraq əkin sahələri mütəmadi olaraq subsidiyalar və digər vasitələrlə dəstəkləməklə məhsul istehsalının artırılmasıdır".

Onun sözlərinə görə, su balansına əsasən ölkəmizdə yerüstü su ehtiyatları 34-36 milyard kubmetr təşkil edir. Amma bundan cəmi 12 milyard kubmetri istehlakdır. Həmin ehtiyarların 6 milyard kubmetri suvarmaya və kənd təsərrüfatının təchizatına, 2 milyard kubmetri içməli su istehsalı və digər məqsədlərə, 3-4 milyard kubmetri isə nəqliyyat zamanı müəyyən məqsədlər sərf olunur.

"Bu onu göstərir ki, biz bu su ehtiyatını rezervuarlarda yığa bilsək bizim su problemlərimiz böyük ölçüdə həll oluna bilərdi. İstehlak edilən 12 milyard kubmetr suyun da təxminən 70-80 %-i kənd təsərrüfatı sahəsində, bilavasitə suvarmada istifadə olunur. Bu səbəbdən də biz suvarmada tətbiq olunacaq səmərəliliyi daha çox təşviq edirik və bu istiqamətdə də aidiyyəti qurumlarla iş aparılır", - F.Tağıyev bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Su-ehtiyatları  


Bizi "telegram"da izləyin