İsveç XİN başçısı NATO-ya üzvlüklə bağlı müraciəti imzalayıb
Oxunub: 282
12:07
17 May 2022
İsveç xarici işlər naziri Ann Linde ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı müraciəti imzalayıb.
Ordu.az xəbər verir ki, bu barədə SVT məlumat yayıb.
İsveç hökuməti 200 il davam edən neytrallıqdan sonra NATO-ya üzvlüklə bağlı qərar verib. Finlandiya parlamentinin isə bu gün NATO-ya üzvlüklə bağlı səsvermə keçirməsi gözlənilir.