Demarkasiya ilə bağlı komissiyada Ermənistan tərəfdən kimlər olacaq? - Ermənistan XİN təfərrüatları açıqlamır

2021/09/16164-1632213691.jpg
Oxunub: 263     13:52     18 May 2022    
Aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Ordu.azxəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

Qeyd olunub ki, Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı tərəflər bəzi razılaşmalar əldə ediblər.

“Həmin gün biz Ermənistan Xarici İşlər Nazirliyinə aşağıdakı suallara cavab vermək üçün sorğu göndərdik. 1) Brüsseldə keçirilən üçtərəfli görüşün nəticəsi olaraq aprelin sonunadək Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılıq əldə olunub. Ermənistan Xarici İşlər Nazirliyinin bugünkü bəyanatına görə, tərəflər demarkasiya və sərhəd təhlükəsizliyi komissiyasının quruluşu barədə razılığa gəliblər. Bu o deməkdirmi ki, komissiyanın formalaşdırılması başa çatıb və Brüsseldə əldə olunmuş razılaşma vaxtında, aprelin sonuna kimi həyata keçiriləcək? 2) Mümkünsə, deyin, komissiyanın hansı quruluşu olacaq, Ermənistanı təmsil edən komissiyaya kimlər daxil olacaq? 3) Ermənistan Xarici İşlər Nazirliyinin bugünkü bəyanatına əsasən, demarkasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaxın vaxtlarda iclasının keçirilməsi barədə razılıq əldə olunub. Həmin görüş hansı formatda baş tutacaq, xarici işlər nazirləri səviyyəsində, yoxsa başqa səviyyədə olacaq? 4) Görüşün nə vaxt və harada keçiriləcəyi məlumdurmu?”, - deyə nəşr bildirib.

Mayın 12-də Ermənistan XİN-dən nəşrin sorğusuna cavab veriblər və bildiriblər: “İctimaiyyətə açıqlanmalı olan məlumatlar vaxtında ictimaiyyətə çatdırılır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mirzoyan  


Bizi "telegram"da izləyin