Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

2022/05/JPEZB-1652341527.jpg
Oxunub: 331     10:27     17 May 2022    
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 27 900 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 235 ədəd tankı, 3 009 ədəd zirehli döyüş maşını, 578 ədəd artilleriya sistemi, 198 ədəd YARS-ı (yaylım atəşli reaktiv sistemi), 90 hava hücumundan müdafiə sistemi, 201 ədəd hərbi təyyarəsi, 167 ədəd helikopteri, 97 qanadlı raket, 2 109 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 436 ədəd dronu və 43 ədəd xüsusi texnikası məhv edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin