Britaniya kəşfiyyatı: Rusiya Donbasda irəliləyiş sürətini bərpa etməyə çalışacaq

2020/01/15052-1580105071.jpg
Oxunub: 318     09:39     17 May 2022    
“Rusiya qoşunlarının Ukrayna paytaxtına doğru hərəkət istiqamətində təxminən 3500 binanın dağıldığı və ya zədələndiyi təxmin edilir. Ziyanın 80 faizi yaşayış binalarına dəyib”.

Ordu.az xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Bu zərərin miqyası Rusiyanın yaşayış məntəqələrinə qarşı artilleriyadan istifadə etməyə hazır olduğunu göstərir. Rusiya yaxın həftələrdə Donbasda irəliləyiş sürətini bərpa etməyə çalışacaq. Odur ki, Rusiya qoşunları kütləvi artilleriya zərbələrini davam etdirəcək”, - məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin