Ordu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığından sonra tviter hesabında yazıb.
“Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ən yaxın tərəfdaşlarımız Finlandiya və İsveç tərəfindən NATO-ya üzvlük üçün müraciət qərarları haqqında danışdım. Türkiyə dəyərli müttəfiqdir və hər hansı bir təhlükəsizlik narahatlığı həll edilməlidir. Biz bu tarixi anda bir yerdə olmalıyıq”, - NATO baş katibi bildirib.
Ordu.az