Ukrayna Mariupolun müdafiəçilərinin xilası əməliyyatına başlayıb

2022/05/78789-1651584964.jpg
Oxunub: 532     02:20     17 May 2022    
Ukrayna Mariupolun müdafiəçilərini xilas etmək üçün əməliyyata başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

O bildirib ki, “Azovstal”ın yaralı əsgərləri işğal altındakı Novoazovskdakı xəstəxanaya təxliyə edilib.

"Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Sərhəd Xidməti birlikdə "Azovstal" zavodunun ərazisində blokadaya alınmış Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatına başlayıb. Mayın 16-da 53 ağır yaralı tibbi yardım üçün Azovstaldan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib”, - o deyib.

Malyarın sözlərinə görə, daha 211 nəfər humanitar dəhlizlə Olenevkaya çatdırılıb və onların evlərinə qaytarılması üçün mübadilə proseduru həyata keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mariupol   Ukrayna  


Bizi "telegram"da izləyin