Çavuşoğlu Blinkenlə görüşəcək

2022/05/1652627816.jpg
Oxunub: 277     01:26     17 May 2022    
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Miqrasiya İcmalı Forumunda iştirak üçün ABŞ-ın Nyu-York şəhərinə rəsmi səfər edəcək. Səfər çərçivəsində o, həmçinin ABŞ dövlət katibi Antoni Blinkenlə görüşəcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tviter hesabında məlumat yayıb.

Məlumata görə, XİN başçısı eləcə də mayın 18-də Blinkenin sədrliyi ilə nazirlər səviyyəsində BMT-nin Baş Qərargahında keçiriləcək “Qida təhlükəsizliyi üzrə qlobal çağırış” mövzusunda toplantıda iştirak edəcək.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri həmçinin ABŞ-da ikitərəfli görüşlər keçirəcək.

Çavuşoğlunun bununla yanaşı, Nyu Yorkda Amerikadakı türk icmasının üzvləri ilə görüşü nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tükriyə   ABŞ  


Bizi "telegram"da izləyin