Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib

2022/05/83e61-1652456782.jpg
Oxunub: 284     00:18     17 May 2022    
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı ortaq mövqedə razılığa gələ bilməyiblər.

Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel keçirdiyi mətbuat konfransında bildirib.

"Biz işğalın qiymətini Kreml üçün dözülməz etmək üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyik. Müzakirələri davam etdiririk. Təəssüf ki, bu gün altıncı sanksiyalar paketini yekunlaşdırmaq üçün razılığa gəlmək mümkün olmadı", - Borrel bildirib.

Aİ diplomatiyasının rəhbəri əmin edib ki, bu məsələnin müzakirəsi davam etdiriləcək. Paket “Daimi Nümayəndələr Komitəsinə qayıdacaq və səfirlər müzakirələri davam etdirəcək”.

Onun sözlərinə görə, Aİ yenə də Rusiya neftinə qadağa ilə bağlı razılığa gələ bilməyib.

"Biz eyni çətinliklərlə - neft embarqosu ilə bağlı yekdilliyə gələ bilməməkdə qalırıq", - Borrel əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   AI  


Bizi "telegram"da izləyin