Ərdoğan: “Əlcəzairlə müdafiə sənayesində əməkdaşlığı gücləndirəcəyik”

2022/03/56362-1648217521.jpg
Oxunub: 415     21:18     16 May 2022    
"Afrika qitəsində sülh və sabitliyin təmin edilməsində mühüm rol oynayan Türkiyə və Əlcəzair olaraq müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirməkdə qərarlıyıq”.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairli həmkarı Abdulməcid Tebbune ilə birgə mətbuat konfransında deyib.

Prezidentin sözlərinə görə, Türkiyə Cumhuriyyətinin Əlcazairin Oran şəhərində açılacaq Baş konsulluğu iki ölkə arasında münasibətlərin dərinləşməsinə dəstək olacaq.

Bundan sonra bütün sahələrdə əməkdaşlığın daha da inkişaf edəcəyini qeyd edən Ərdoğan, Türkiyənin hər zaman Əlcəzairin yanında olduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Əlcəzair  


Bizi "telegram"da izləyin