İran parlamenti sədrinin birinci müavini Azərbaycana səfərə gəlib

2022/05/1652719157.jpg
Oxunub: 385     20:06     16 May 2022    
Mayın 16-da İran İslam Respublikası İslam Şurası Məclisi sədrinin birinci müavini Əli Nikzadın başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün Azərbaycana səfərə gəlib.

Ordu.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İranın parlament nümayəndə heyətini Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər qarşılayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İran  


Bizi "telegram"da izləyin