Fransa İsveçin NATO-ya qoşulmaq qərarını tam dəstəkləyir

2021/09/20191-1632823804.jpg
Oxunub: 406     19:49     16 May 2022    
Fransa Prezidenti Emmanuel Makron İsveçin NATO-ya qoşulmaq qərarını dəstəkləyib.

Ordu.az xəbər verir ki, bu barədə Yelisey Sarayının məlumatında bildirilib.

Qeyd olunub ki, Makron İsveçin alyansa qoşulmaq qərarını tam dəstəkləyir.

Qeyd edək ki, İsveçin Baş naziri Maqdalena Andersson Stokholmda keçirdiyi mətbuat konfransında ölkəsinin NATO-ya üzvlük üçün müraciət edəcəyini bəyan edib. O, İsveç xalqının bu qərarı dəstəklədiyinə inandığını vurğulayıb.

Danimarka, İslandiya və Norveç liderləri də İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü güclü şəkildə dəstəklədiklərini açıqlayıblar.

“Biz Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı müraciət etmək qərarını alqışlayırıq. Finlandiya və İsveç tərəfindən NATO-ya üzvlüklə bağlı qərarın suveren milli qərarlar olduğunu və bunun Finlandiya və İsveçin öz təhlükəsizlik tənzimləmələrini seçmək hüququna uyğun olduğunu vurğulayırıq. Finlandiya və İsveçin heç bir kənar müdaxilə cəhdi olmadan üzvlük prosesini davam etdirmək hüququ var”, - hər üç ölkənin liderlərinin birgə bəyanatında qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin