Ordu.az xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.
Nazir qeyd edib, bu texnikanı almaq üçün Ukrayna hələ Slovakiya ilə müqavilə imzalamayıb. Onun sözlərinə görə, Ukraynaya yaxın günlərdə azı 8 belə qurğu tədarük ediləcək.
Qeyd edək ki, aprel ayında Slovakiya ABŞ-dan “Patriot” alaraq, onun əvəzində Rusiya ilə müharibə aparan dövlətə “S-300” Hava Hücumundan Müdafiə sistemi verib.
Ordu.az