"Azovstal" müdafiəçilərinin yaxınları Ərdoğana müraciət edib

2022/05/78789-1651584964.jpg
Oxunub: 381     16:49     16 May 2022    
"Azovstal" müdafiəçilərinin həyat yoldaşları və anaları Türkiyə xalqına və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana mühasirədə qalanların xilası üçün müraciət ediblər.

Ordu.az xəbər verir ki, İstanbulda baş tutan mətbuat konfransında "Azovstal" müdafiəçilərinin yaxınları bu çağırışla çıxış ediblər.

"Azovstal"da olan 36-cı briqadanın kapitanının həyat yoldaşı bildirib ki, Türkiyə müharibə günlərində Ukrayna xalqına yardım edib və xalq bunu yüksək qiymətləndirir: “Biz Türkiyə hökumətinə və xalqına təşəkkür edirik. Sizin yardımınız vaxtında gəlir, hansı ki Ukrayna xalqının buna ehtiyacı var. Bu gün Türkiyə xalqına və prezidentinə müraciət edirik.

Həmçinin, Çin liderinə müraciət edirik. Çünki digər şəxslərin heç birinin təsiri olmadı. Qohumlarımız çətin vəziyyətdədir, orada onlar mühasirədə-cəhənnəm içindədirlər, çox sayda yaralı var və onlara heç bir yardım yoxdur”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azovstal  


Bizi "telegram"da izləyin