Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb

2021/12/4e9fe-1639382365.jpg
Oxunub: 354     15:17     16 May 2022    
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Ordu.az-a verilən məlumata görə, mayın 9-dan 14-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 183, tank əleyhinə 59 mina və 493 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 399 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Mina  


Bizi "telegram"da izləyin