Erməni politoloq: “Müxalifət rusiyapərəstdir, lakin Rusiyanın vasitəçiliyi ilə həyata keçirilən layihələrə qarşıdır”

2022/05/99-51-1652696323.jpg
Oxunub: 299     11:19     17 May 2022    
“Ermənistanda bu mövzuda informasiya boşluğu var. Bizə konkret meyarlar barədə heç nə açıqlanmır, aydınlıq olmalıdır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Davit Harutyunov deyib.

Onun sözlərinə görə, Bakı və İrəvan arasında razılaşma ilə bağlı ifadə reallığa uyğundursa, ən azı komissiya rəhbəri səviyyəsində məlumat verilməlidir.

“Burada xüsusilə qeyd etməliyəm ki, Ermənistanın daxili siyasi həyatında Azərbaycanla prosesin aparılması ilə bağlı istənilən məsələyə böyük diqqət yetirilir, nəyinsə yanlış olduğuna dair əlavə şübhələr yaratmağa ehtiyac yoxdur”, - deyə Harutyunov bildirib.

Erməni politoloq vurğulayb ki, müxalifətin etirazlarının həcmindən asılı olaraq daxili siyasi proseslər başlanmış Ermənistan-Azərbaycan danışıqları prosesinə təsir göstərə bilər.

Harutyunov əlavə edib ki, Ermənistan müxalifəti rusiyapərəstdir, lakin Rusiyanın vasitəçiliyi ilə həyata keçirilən layihələrə qarşıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müxalifət  


Bizi "telegram"da izləyin