Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Arbak Xaçatryan deyib.
Onun sözlərinə görə, əgər iş müharibəyə çatıbsa, deməli diplomatiya iflasa uğrayıb.
“Ölkələr arasında real qarşıdurmada Fransa vasitəçi ola bilər. Bu gün Makron Fransanı nüfuzlu vasitəçiyə çevirmək imkanına malikdir, çünki hazırda yalnız Makronun başçılıq etdiyi Fransa Üçüncü Dünya müharibəsinə son qoymaq üçün Rusiya, Amerika və Çinlə danışıqlar apara bilər”, - deyə Xaçatryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az