“1in.am”: Azərbaycan XİN rəhbərinin müavini Ermənistanın gec-tez anklavları qaytaracağına eyham vurub

2020/05/22222-4771978239.jpg
Oxunub: 349     11:39     17 May 2022    
Ötən gün Azərbaycan xarici işlər nazirinin müavini öz bəyanatı ilə sözün əsl mənasında Ermənistanın gec-tez anklavları qaytaracağına eyham vurub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Nəşrə görə, Xələf Xələfov bildirib ki, demarkasiya komissiyası digər məsələlərlə yanaşı, Qazax rayonunun 7 kəndi və Kərki Azərbaycana qaytarılmalıdır.

“Rəsmi İrəvan Bakının bəyanatlarına fövqəladə və səlahiyyətli səfir Edmon Marukyan səviyyəsində cavab verib. Marukyan bildirib ki, erməni tərəfi Ermənistanda nə vaxtsa de-yure Azərbaycan anklavının olması ilə bağlı heç bir hüquqi əsasa malik deyil. O qeyd edib ki, bu məsələlər müzakirə edilməli, delimitasiya və demarkasiya prosesində həll edilməlidir”, - deyə nəşr vurğulayıb.

Müəllif yazıb ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da müxalifətin səsləndirdiyi anklavların mümkün mübadiləsinə toxunaraq bu barədə danışıb.

“Sonuncu bildirib ki, hər iki tərəfdə anklav olduğundan anklavlar məsələsi indiyədək qaldırılmayıb. Əslində Təhlükəsizlik Şurasının katibi 1920-ci illərin xəritələri əsasında deyil, 1970-1980-ci illərin xəritələri əsasında danışır. Qriqoryan onu da bildirib ki, anklavların əraziləri və əslində eksklavlar demək olar eyni böyüklükdədir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Anklavlar  


Bizi "telegram"da izləyin