Ordu.az xəbər verir ki, bunu İstanbulda nəşr edilən “Akos” qəzetinin erməni dili şöbəsinin redaktoru Baqrat Estukyan Türkiyə və Ermənistan nümayəndələrinin görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, bu görüşlər nəticə verməlidir.
“İki müstəqil dövlət var, onların arasında münasibətlər qanuni olmalıdır, bir-birini tanıyan, amma bir-biri ilə münasibəti inkar edən mövqe var. Bu danışıqlar nəticə verməli, bağlı sərhədlər açılmalı, iki ölkə hər iki ölkədə öz səfirlərini, konsullarını təyin etməlidir. Razıyam, bu görüşlər ya Ermənistanda, ya da Türkiyədə olmalıdır, bunların Vyana və ya Moskva ilə nə əlaqəsi var?”, - deyə Estukyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az