Erməni icma başçısı: “İntihar versiyasını istisna edirəm, ölən əsgərin meyitində zorakılıq izləri tapılıb”

2022/05/fak-1652447057.jpg
Oxunub: 378     21:54     17 May 2022    
“Argiştinin intihar etdiyinə inanmıram, çünki onun bədənində, boynunda, üzündə, əllərində, döş qəfəsində və qasıq nahiyəsində zorakılıq izləri aşkar edilib”.

Ordu.az xəbər verir ki, bunu Qarakilsə bölgəsinin Şake icmasının rəhbəri Ruben Manuçaryan ölmüş erməni hərbi qulluqçunun ölümünün intihar kimi qələmə verilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, 1 il 4 ay xidmət keçmiş əsgər intihar edə bilməz.

“1 il 4 ay xidmət keçmiş əsgər necə intihar edə bilər? O, demək olar bütün çətinliklərdən keçmişdi. Baş verənləri intiharla əlaqələndirirlər ki, hərbi hissənin reytinqi, reputasiyası düşməsin”, - deyə Manuçaryan qeyd edib.

O əlavə edib ki, intihar etdiyi iddia edilən erməni hərbi qulluqçu ölümündən bir gün əvvəl atası ilə həmişəkindən xeyli uzun danışıb, əhval-ruhiyyəsi heç vaxt olmadığı qədər yüksək olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İntihar  


Bizi "telegram"da izləyin