“Eadaily”: Dünya Bankı Ermənistanın qoşulması ilə bağlı heç nə demir

2022/05/1652698398.jpg
Oxunub: 865     21:19     19 May 2022    
Transqafqaz Nəqliyyat Dəhlizinin qlobal logistika marşrutuna çevrilməsi yükdaşıma xidmətlərinin ciddi şəkildə inkişafını və yükdaşımaların artırılmasını tələb edir.

Ordu.az xəbər verir ki, bu barədə “Eadaily.com” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu barədə Dünya Bankının ekspert rəyində bildirilib.

“Dünya Bankının fikrincə, konteyner daşımaları dünya ticarətinin gələcəyi olduğundan operatorları nəqliyyat sistemləri ilə birləşdirən ixtisaslaşmış konteyner gəmilərinə, logistik platformalara, İT texnologiya vasitələrinə sərmayə qoymaq lazımdır.

“Transqafqaz” Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (“Orta Dəhliz”) Azərbaycan, Gürcüstan və Qara dənizdən keçən qərb hissəsidir. Dəmir yolu Bakı limanını Gürcüstanın Poti-Batumi limanları ilə birləşdirir. Bundan əvvəl Türkiyənin də ona qismən qoşula biləcəyi qeyd edilmişdi. 2020-ci ilin payızında baş verən Qarabağ müharibəsindən sonra regionda baş verən yeni reallıqları nəzərə alaraq Ermənistanın qoşulması ilə bağlı hələlik heç bir söz yoxdur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Dünya-Bankı  


Bizi "telegram"da izləyin