Erməni hərbi ekspert: “Azərbaycan Kəlbəcərə silah yığır, bölgədə artilleriya qoşunları cəmləşdirir”

2022/04/7a2f6-1650290179.jpg
Oxunub: 1140     20:42     19 May 2022    
“Azərbaycan Kəlbəcərə silah yığır, bölgədə artilleriya qoşunları cəmləşdirir”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Hovhannisyan bildirib.

“Tikilməkdə olan yeni artilleriya hərbi hissələri hər halda ön xətt yarılmasının yerini çox yaxşı bildiklərindən xəbər verir. Kəlbəcər Azərbaycanın “Axilles dabanı”dır. Bəs biz nə edirik? Hələ Baş Qərargah rəisimiz yoxdur ki, strategiyasını işləsin və hökumətin təsdiqinə təqdim etsin. Biz avtomatik olaraq irəliləyirik”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kəlbəcər   Azərbaycan  


Bizi "telegram"da izləyin