Erməni politoloq: “Paşinyan türklərin kuklasıdır”

2022/05/1652698156.jpg
Oxunub: 528     17:46     19 May 2022    
“Müxalifətin mübarizəsindən ətraflı danışmaq falçılıq və ya bir fincan qəhvəyə baxmaq demək olardı”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Sergey Şakaryants deyib.

Onun sözlərinə görə, Ermənistan müxalifətinin mübarizəsinin uğur qazanıb-çıxmayacağını demək çətindir.

“Çünki müxalifətin addımlarında konkret fəaliyyətlər görmürəm. Mən hadisələrin inkişafı barədə danışa bilmərəm. Bu barədə danışmaq falçılıq və ya bir fincan qəhvəyə baxmaq demək olardı. Necə olacaq? Prosesdə hər şey aydınlaşacaq. Belə məsələlərlə bağlı proqnozlar adətən özünü doğrultmur”, - deyə Şakaryants qeyd edib.

Erməni politoloq bildirib ki, Nikol Paşinyan türklərin kuklasıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin