“Armenian info”: Erməni general KTMT üzərindən rusların bostanına daş atıb

2022/05/1652698110.jpg
Oxunub: 401     14:15     18 May 2022    
“Melkonyan Qaqo (erməni general, deputat Qaqik Melkonyan – red.) rusların “bostanına daş atır”“.

Ordu.az xəbər verir ki, bu barədə “Armenian info” “Telegram” kanalı yazıb.

“Jurnalistin müvafiq mərkəzlərin müsbət siqnallarına baxmayaraq, Ermənistan ərazisinin azərbaycanlılar tərəfindən ələ keçirilməsi ilə bağlı niyə beynəlxalq təşkilatlara müraciət etməməsi sualına Nikola işləyən Melkonyan Qaqo verib ki, KTMT bu problemi həll etməli idi, ancaq əllərini çəkdi.

“Və biz artıq əmin olmuşuq ki, KTMT bizim üçün heç nə edə bilməz. Ola bilsin ki, başqaları üçün nəsə edib, amma bizim üçün heç nə etməyib”, - deyə Qaqo bildirib və əlavə edib ki, indi Ermənistan beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənir və problemi həll edən təkcə Rusiya deyil.

Qaqo öz komandasının hərəkətsizliyini KTMT-yə aid edərək faktiki olaraq rusların bostanına daş atıb”, - deyə kanal bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin