“Hraparak”: Azərbaycanlılar dairəvi şəkildə mühasirəyə alıblar, üç yerdə dayanıblar

2021/05/tia_c-1621419732.jpg
Oxunub: 11508     19:00     17 May 2022    
Düz bir il əvvəl, mayın 12-də Azərbaycan Silahlı Qüvvələri düz xətlə Gorusdan təxminən 15 km məsafədə yerləşən Qaragöl istiqamətində irəliləyiblər və faktiki olaraq gölün ətrafında nəzarət müəyyənləşdirərək onu demək olar tam şəkildə dairəyə alıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, “Google Earth”də yenilənmiş peyk fotoşəkilləri göstərir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri sözügedən ərazidə mövqe qurublar və infrastrukturlar inşa ediblər.

“Xüsusilə də azərbaycanlılar Qaragölün ətrafında mövqelər, yollar salıblar. Ötən il mayın 12-də Baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Azərbaycan Silahlı Qüvvələrinin Qaragöl və onun ətrafında 3,5 km-ə qədər irəlilədiyini bəyan edib. Lakin düz bir il keçib və Qaragöl ərazisində vəziyyət eyni olaraq qalmaqda davam edir”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, azərbaycanlılar ərazini dairəvi şəkildə mühasirəyə alıblar, üç yerdə dayanıblar.

Xəznivar icmasının keçmiş rəhbəri Varo Qriqoryan nəşrə açıqlamasında vəziyyətə toxunaraq vurğulayıb ki, vəziyyət eyni olaraq qalmağa davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qaragöl  


Bizi "telegram"da izləyin