“Zham.am”: Çoxsaylı etirazlara görə Paşinyan Rusiyaya və Qərbə inamını itirir

2022/05/sd789-1651586772.jpg
Oxunub: 298     13:24     18 May 2022    
Ermənistanda polis etirazçılara qarşı sərt vasitələr tətbiq edəndə Qərbdə heç bir reaksiya olmayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Zham.am” nəşri yazıb.

Qeyd olunub ki, iki gün sonra ABŞ Dövlət Departamenti faktiki olaraq Nikol Paşinyan hökumətinə gələcəkdə belə sərt tədbirlərə əl atmamaq barədə xəbərdarlıq edən bəyanat yayıb.

“ABŞ həmin bəyanatla faktiki olaraq Paşinyana “sarı” vərəqə göstərdi. İki həftə sonra oxşar bəyanatı Avropanın ən böyük partiyalarından biri də verdi. Qərbin bu cür qiymətləndirmələrlə Ermənistandakı etirazlardan öz xeyrinə yararlana biləcəyini hiss edən Rusiya reaksiyasını gecikdirmədi. Bu ölkədə çıxış edənlərin bir neçəsi dərhal bəyan etdilər ki, bu etirazlar Ermənistanın daxili işidir və Moskva Ermənistanın daxili siyasi həyatına qarışmaq istəmir. Beləliklə, həm Moskvada, həm də Qərbdə Paşinyana Ermənistanda baş verən daxili proseslərə bitərəf olduqları göstərildi, bu isə o deməkdir ki, ölkə daxilində etimadını itirən Paşinyan ölkə hüdudlarından kənarda bunu kompensasiya edə bilməyib. Üstəlik, ona izah olunur ki, Paşinyan özü etirazçılara qarşı kobud güc tətbiq edə bilməz. Bu da öz növbəsində Paşinyanı kifayət qədər çətin vəziyyətə salır. Ermənistanın son 30 illik tarixinin göstərdiyi kimi, belə bir siyasətin uğur qazanmayacağı göz qabağındadır. Reallıq budur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ   Fransa  


Bizi "telegram"da izləyin